Главная > Cəmiyyət > 44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabr
44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabr3-11-2021, 16:00. Разместил: admin |
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Trend Vətən müharibəsinin xronikasını təqdim edir. - Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. - Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Bir gündə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. - Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Azərbaycan Ordusu düşmən üzərində tam üstünlüyə malikdir. - Düşmənin daha bir PUA-sı məhv edilib. - Düşmən Füzulini "Smerç" ilə atəşə tutub. - Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb. - Düşmənin snayper qrupu məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb. - Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. - Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb. - Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib. - Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayılıb. - Düşmənin motoatıcı alayının komandiri məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilməsinin videogörüntüsü yayılıb. Вернуться назад |