Главная > Cəmiyyət > Vətən Müharibəsinin 37-ci günü nələr baş verdi? - XRONİKA
Vətən Müharibəsinin 37-ci günü nələr baş verdi? - XRONİKA2-11-2021, 16:00. Разместил: admin |
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Vətən müharibəsinin noyabrın 2-nə aid olan xronikasını təqdim edirik. - Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib. - Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib. - Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. - Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib. - Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd “Qrad”ı məhv edilməsinin videogörüntüsü yayılıb. - Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub. - Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb. - Düşmənin “KUB” zenit-raket kompleksi dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb. Вернуться назад |