Главная > Cəmiyyət > Vətən Müharibəsinin 33-cü günü nələr baş verdi? - XRONİKA
Vətən Müharibəsinin 33-cü günü nələr baş verdi? - XRONİKA29-10-2021, 16:00. Разместил: admin |
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Vətən müharibəsinin oktyabrın 29-na aid olan xronikasını təqdim edirik. - Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu təsdiqləyib. - Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. - Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. - Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı. - Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayılıb. - Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub. Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür. - Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib. Düşmənin döyüş meydanında atıb qaçdığı texnika və döyüş sursatının videogörüntüləri yayılıb. Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib. - Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub. Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu. - Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib. Düşmənin qüvvə və vasitələri məhv edilib. Вернуться назад |