Главная > Cəmiyyət > Vətən Müharibəsinin 32-ci günü nələr baş verdi? - XRONİKA
Vətən Müharibəsinin 32-ci günü nələr baş verdi? - XRONİKA28-10-2021, 16:00. Разместил: admin |
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Vətən müharibəsinin oktyabrın 28-nə aid olan xronikasını təqdim edir. - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq. - Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib. - Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Ermənistanın Bərdədə dinc sakinlərə etdiyi hücumla bağlı paylaşım edib: "Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur" - Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub. - Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. - Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub. - Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsü yayılıb. - Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus hərbi texnika və canlı qüvvəsini məhv edilməsinin videogörüntüləri yayılıb. - Bərdədə ölənlərin sayı 21 olub, 70 nəfər yaralı olduğu açıqlanıb. - Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib. Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib. - Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib. - Bərdənin vurulma anının videogörüntüsü yayılıb. Вернуться назад |