Главная > Cəmiyyət > Dr. Miryaqub Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Dr. Miryaqub Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!5-10-2021, 09:30. Разместил: admin |
Ümumi Cərrah - Dr. Miryaqub Abdullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Dr. Miryaqub Abdullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Karantin dövründə də ərazimizdə yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ümumi Cərrah - Dr. Miryaqub Abdullayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ümumi Cərrah - Dr. Miryaqub Abdullayevdir. Ümumi Cərrah - Dr. Miryaqub Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Dr. Miryaqub Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Dr. Miryaqub Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Sorğu apardıq ağız dolusu Dr. Miryaqub Abdullayevdən danışdılar yaxşı ki, Dr. Miryaqub Ümumi Cərrahdır… Dr. Miryaqub Abdullayev öz isguzarlığı ilə tanınır və seçilir…. Dr. Miryaqub Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə Dr. Miryaqub Abdullayevi heç vaxt əqidəsindən döndərə bilməz. Dr. Miryaqub Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Dr. Miryaqub Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Dr. Miryaqub Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən Dr. Miryaqub Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Dr. Miryaqub Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Dr. Miryaqub Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ümumi Cərrah kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Dr. Miryaqub Abdullayev özünü doğruldub. Bizdə hörmətli Dr. Miryaqub Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik. Ümumi Cərrah - Dr. Miryaqub Abdullayev - 30 ildir düşmən tapdağında qalan torpaqlarımız artıq tam azaddır. Ordumuzun qətiyyətli hücumu və şücaəti qarşısında düşmən duruş gətirə bilmədi. Ermənistanın fasilərlə 6 il ərzində işğal etdiyi Qarabağ bölgəsi igidlərimizin canı bahasına 44 gün gün ərzində azadlığına qovuşdu. Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi şücaət, qazandığı qələbə nəticəsində qəlbimizi riqqətə gətirdi, qələbə həsrəti ilə alışıb-yanan ürəklərimizə su səpdi. Münaqişə artıq öz həllini tapıb. İndi qəlbimiz fəxarət hissi ilə doludur. Uşaqdan-böyüyə, cavandan yaşlısına kimi hər kəs zəfər yürüşünün bir parçası oldu. Bütün Azərbaycan xalqı, Şanlı Ordumuz, rəşadətli və cəsur əsgərlərimiz Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdi, onun qətiyyətinə və dönməz iradəsinə arxalanaraq, düşmən üzərinə gözünü qırpmadan getdi. Elə bunun sayəsində Azərbaycan düz bir il bundan əvvəl sentyabrın 27-də başlatdığı azadlıq müharibəsini 44 gün ərzində möhtəşəm zəfərlə başa vurdu. Məğlubedilməz ordu bütün qüvvələri ilə irəli atıldı və uzun illərdən bəri formalaşdırılan erməni mifini darmadağın etdi. Biz bu gün qalib ordunun, qalib xalqın nümayəndələriyik. Cənab Ali baş komandan çox gözəl vurğulayıb “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq”. Çünki, güclü, nizamlı orduya sahib Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi. Uzun illər erməni əsarəti altında qalan torpaqlara indi rahatlıq və dinclik hökm sürür. Bu birlik və bu vəhdət bundan sonra heç vaxt sarsılmayacaq. Xatırladaq ki, Azərbaycanın çoxəsrlik tarixində belə möhtəşəm və tam qələbə olmayıb. İndi biz tarixi torpaqlarımıza qəhrəman xalq kimi geri qayıtdıq. Hələ uzun illər danışılacaq bu zəfər həm dünyanın, həm də regionun mənzərəsini tam dəyişdi. Sabitliyinin və təhlükəsizliyin təminatçısı olduğumuzu bir daha dünyaya sübut etdi. Вернуться назад |