Главная > Cəmiyyət > İcra başçısının oğlu polis sistemindən çıxarıldı

İcra başçısının oğlu polis sistemindən çıxarıldı


13-09-2021, 14:08. Разместил: admin
İcra başçısının oğlu polis sistemindən çıxarıldı


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.

Bunu Ölkə.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.


Вернуться назад