Главная > Cəmiyyət > Ömrünü-gününü bu müqəddəs amala həsr edən Vaqif Həsənov

Ömrünü-gününü bu müqəddəs amala həsr edən Vaqif Həsənov


10-09-2021, 02:43. Разместил: admin

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimdir?

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.



Ağdamda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrin daxili yolları təmir edilir


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonu Birinci və İkinci Baharlı köçkün qəsəbə küçələri əsaslı təmir edilir. Ümumi uzunluğu 7,2 kilometr olan, 5000-dən çox əhalinin yaşadığı qəsəbənin qəsəbə daxili yollar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən texnikaların köməkliyi ilə hamarlanır və yol daş-çınqıl qarışığı ilə təmir olunur. Bundan başqa mütəmadi olaraq komitə tərəfindən köçkünlərin məskunlaşdığı qəsəbələrdə onların mənzil-məişət şəraiti daima diqqətdə saxlanılır, təmirə ehtiyacı olan vətəndaşların evləri təmir edilir.



Ağdamda şəhid baş leytenant Səfərov Hikmət İldırım oğlunun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub


Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində şəhid Səfərov Hikmət İldırım oğlunun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, RİHB-nın aparatının əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Çıxışlardan sonra Vətən müharibəsində iştirak etmiş bir neçə döyüşçüyə medal təqdim edilib. Daha sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidin əziz xatirəsi yad edilmişdir. Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası ilə yekunlaşıb.




Вернуться назад