Главная > Cəmiyyət > "Qazilər arasında intihar halları artıb" - TƏBİB
"Qazilər arasında intihar halları artıb" - TƏBİB23-07-2021, 11:28. Разместил: admin |
"Hazırda Türkiyənin ixtisaslaşmış psixoloqları ilə intiharlarla bağlı təlimlərə başlanılıb". Bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib. O bildirib ki, Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib: "Həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub. Təəssüf ki, qazilərimiz arasında intihar halı artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər". Вернуться назад |