Главная > Cəmiyyət > İyulun 3-də bizi nə gözləyir? - XƏBƏRDARLIQ

İyulun 3-də bizi nə gözləyir? - XƏBƏRDARLIQ


2-07-2021, 11:36. Разместил: admin
İyulun 3-də bizi nə gözləyir? - XƏBƏRDARLIQ


AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan  bildirilib ki, proqnoz dövründə - iyulun 3-dək Günəş fəallığı aşağı səviyyədə olacaq. Yüklü zərrəciklər - 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən böyük enerjili proton selinin fon səviyyəsində olacağı proqnozlaşdırılır.

İyulun 2-də Günəş küləyinin şəraiti daha az həyəcanlaşdırıcı olması ehtimalı ilə geomaqnit sahə əsasən sakit olacaq. İyulun 3-də CME (29 iyun) hesabına geomaqnit sahənin qeyri-stabil olmaqla dəyişməsi gözlənilir.


Вернуться назад