Главная > Cəmiyyət > DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək - RƏSMİ
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək - RƏSMİ17-06-2021, 12:35. Разместил: admin |
Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında həlak olan hərbi qulluqçularına şəhid statusu veriləcək. Bu barədə DSX-dən bildirilib. “Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”, - DSX açıqlamasında qeyd edib. Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir. Вернуться назад |