Главная > Cəmiyyət > ATU TCK-nın Baş həkimi Uşaq cərrahı dossent Ramiz Poluxov
ATU TCK-nın Baş həkimi Uşaq cərrahı dossent Ramiz Poluxov4-06-2021, 05:00. Разместил: admin |
ATU TCK-nın Baş həkimi Uşaq cərrahı dossent Ramiz Poluxov - Məlum olduğu kimi, 2021-ci il mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması" mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirilib. Dövlətimizin başçısı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin "Səhiyyə işçiləri ili" elan edilməsini təqdir etmiş və bu sahədə Azərbaycanda görülmüş içlər barədə dolğun məlumat vermişdir. Azərbaycanda artıq 2 milyon doza peyvənd istifadə edilmişdir ki, bu da əhalinin 20 faizini təşkil edir. Pandemiyanın qarşısının alınması istiqamətində dövlət səviyyəsində ciddi, ardıcıl və müfəssəl tədbirlər həyata keçirilmiş, bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələr qəbul olunmuşdur. Nəticə göz qabağındadır: bu gün artıq yoluxma sayı sürətlə azalaraq 2 faizdən aşağı düşmüş, ölüm halları isə təkrəqəmli ədədlə ifadə olunur. Ona görə də karantin rejiminin tədricən yumşaldılması üçün münasib şərait yaranmışdır. Sakinlər artıq açıq havada maskasız hərəkət etmək və müvafiq tələblərə riayət etməklə metro və şəhərlərarası nəqliyyatdan istifadə etmək imkanı əldə etmişlər. Bir çox kütləvi tədbirlərin, o cümlədən toy şənliklərinin keçirilməsinə də icazə verilib. “Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq. Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilməsi ilə bağlı Azərbaycan Respublikası prezidentinin 09. 04. 2021- çi il tarixli sərəncamı ilə ATU Tədris Cərrahiyyə Klinikasının Baş həkimi, Uşaq Cərrahiyyəsi kafedrasının müdiri Tibb elmləri doktoru Poluxov Ramiz Şamil oğlu "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, ATU TCK-nın Baş həkimi Uşaq cərrahı dossent Ramiz Poluxovdur. ATU TCK-nın Baş həkimi Uşaq cərrahı dossent Ramiz Poluxov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Ramiz Poluxov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ramiz Poluxov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Ramiz Poluxov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Ramiz Poluxov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun ATU TCK-nın Baş həkimi Uşaq cərrahı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Ramiz Poluxov özünü doğruldub. Bizdə hörmətli Ramiz Poluxovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik. Вернуться назад |