Главная > Cəmiyyət > QMİ iclasında gərginlik: Hacı Şahin zalı tərk etdi

QMİ iclasında gərginlik: Hacı Şahin zalı tərk etdi


4-06-2021, 10:25. Разместил: admin
QMİ iclasında gərginlik: Hacı Şahin zalı tərk etdi



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) iclas zamanı məscidlərin fəaliyyəti ilə bağlı verdiyi qərarlar inanclı kəsim arasında narazılığa səbəb olub.

Qurumun rəsmi nümayəndələri bununla əlaqədar QMİ-nin toplantısında etirazını ifadə edib.

Belə ki, iclas zamanı "Təzəpir" məscidinin axundu, ilahiyyatçı Mircəfər Eyyubov idarənin səlahiyyətli şəxslərinə yeni qərarlarda yer alan müddəalarla bağlı  suallar ünvanlayıb və iradını bildirib. O, ictimai iaşə obyektlərinin fəaliyyətini əsas gətirib. 

Bundan əlavə, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Şahin Həsənlinin konfrans zalını toplantı bitməmiş etiraz əlaməti olaraq tərk etdiyi bildirilir.

Bu barədə din xadiminə yaxınlığı ilə tanınan həmkarı Cavid Pənahlı məlumat verib.

Qeyd edək ki, QMİ-nin açıqladığı yeni qərarların arasında məscidə yalnız namaz vaxtı getmək və namazı bitirdikdən sonra dərhal ibadət məkanını tərk etmək, özü ilə dəsmal, möhür, namaz xalçası gətirmək kimi bəndlərin olması, sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.


Вернуться назад