Главная > Cəmiyyət > Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək - AÇIQLAMA
Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək - AÇIQLAMA17-05-2021, 14:51. Разместил: admin |
Şagirdlərin təhlükəsizliyi məqsədilə 2020-ci ildə 22 orta məktəbin ətrafında təhlükəsiz piyada hərəkəti istiqamətində tədbirlər həyata keçirilib. "Bu haqda Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. O bildirib ki, nəticədə 35 mindən çox şagird-tələbə və təhsil işçilərinin təhlükəsizliyi təmin olunub. “Eləcə də mobillik imkanlarının artırılması məqsədilə şəhərin mərkəzi hissəsində (Xaqani bağının ətrafında) 8 küçədə qismən, 13 küçədə isə tamamilə nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi ilə piyada zonalarının yaradılması layihəsi hazırlanıb və aidiyyəti qurumlar ilə razılaşdırılıb”, - deyə V.Kərimli qeyd edib. Вернуться назад |