Главная > Cəmiyyət > Qarabağda işlər nə zaman yekunlaşacaq? - AÇIQLAMA
Qarabağda işlər nə zaman yekunlaşacaq? - AÇIQLAMA20-04-2021, 13:00. Разместил: admin |
Böyük Qayıdışın nə zaman reallaşacağı torpaqlarımız işğaldan azad olunandan sonra daha çox səslənən suallardandır. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və tikinti işlərinin fəal fazasında olacağıq. Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. V.Bayramovun sözlərinə görə, hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq: “İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımların atılmasına başlanılıb. Gözlənilir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq. Sözügedən dövrdə bu istiqamətdə ölkədaxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz. Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün “yol xəritəsi”nin detalları bəllidir. Bundan sonra isə məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq”. Вернуться назад |