Главная > Cəmiyyət > Bu hallarda sizi işdən çıxara bilməzlər - RƏSMİ AÇIQLAMA
Bu hallarda sizi işdən çıxara bilməzlər - RƏSMİ AÇIQLAMA22-02-2021, 11:45. Разместил: admin |
"Pandemiya dövründə aparılan tədbirlər nəticəsində bizə müraciət edən vətəndaşlardan 700-dən çoxunun işinə əsassız xitam verilməsi məlum olub və onlar öz işlərinə bərpa ediliblər". Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı bildirib. Onun sözlərnə görə, nəzarət tədbirləri nəticəsində əgər bu hallar aşkanarsa, işə götürənlər əsassız xitam verərsə, onlarla bağlı məlumatlar hüquq mühafizə orqanlarına təqdim edilir: "İndiyə qədər 200-ə yaxın işə götürənlə bağlı məktub onların özünə ünvanlanıb ki, onlar xitam verdiyi müqavilə ilə bağlı məlumat və sənədləri Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərsinlər. Çünki sistemdə nəzarət vaxtı verilən xitamlarla bağlı şübhələr yaranıb ki, onların əsassız olması mümkündür və göndərilən sənədlər sayəsində bunun əsassız olub-olmaması üzə çıxacaq. Əsaslı xitam Əmək Məcəlləsinin 68-ci maddəsində əks olunub. İşçi özü ərizə yazıb işdən çıxırsa, bu, əsaslı xitamdır. İşçinin əmək müqaviləsinin vaxtı - 3 ay, 6 ay, 9 ay, 1 il tamam olubsa, vaxtı bitibsə və müqaviləyə xitam verilibsə, əsaslı xitamdır. Lakin birdən-birə kütləvi ixtisara yol verilibsə, işçinin özünün xəbəri olmadan xitam verilibsə, bu əsassız xitam sayılır. İşçi bizə müraciət edir ki, onun xəbəri olmadan müqaviləsinə sistemdə xitam verilib. Biz müqavilədə baxırıq ki, onun öz ərizəsi ilə xitam verilməsi qeyd olunub. İşçi isə qeyd edir ki, o, heç bir müraciət etmədiyini və ərizə yazmadığını bidirir. Sadəcə onu deyilir ki, işə gəlmə və işlə əlaqələri bitib. Bu, artıq işçinin özünün xəbəri olmadan onun müqaviləsinə xitam verilməsi və qanunsuz haldır". Qeyd edək ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları aşağıdakılardır: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Вернуться назад |