Главная > Cəmiyyət > Düşmənin qorxulu röyası: Azərbaycanda səsdən sürətli PUA olacaq - FOTO
Düşmənin qorxulu röyası: Azərbaycanda səsdən sürətli PUA olacaq - FOTO17-02-2021, 13:39. Разместил: admin |
44 günlük İkinci Qarabağ Müharibəsində zərbə və kəşfiyyat PUA-larından istifadə etməklə yeni nəsil savaş texnologiyasını düşmənə nümayiş etdirən Azərbaycan ordusu daha bir "ilk"i reallaşdıacaq. Əldə etdiyimiz məlumatlara görə, ölkənin Silahlı Qüvvələrinin səsdən sürətlə hərəkət edən pilotsuz uçan aparatla (PUA) təmin edilməsi istisna deyil. Türkiyənin "Türk Havacılık ve Uzay Sanayii A.Ş." (TUSAŞ) aerokosmik konsernin istehsalı olacaq "Göksungur" zərbə PUA-sı dünyanın ən sürətli və ən effektiv PUA-larından biri olacaq. "Göksungur"un sürəti 1600 km/saat olacaq. Yəni bu PUA səmada səsdən sürətlə uçaraq hazırda Türkiyənin Hərbi-Hava Qüvvələrindəki F-16 və F-4 qırıcılarında olan yeni "Gökdoğan" və "Boqzdoğan" raketləri ilə təchiz ediləcək. TUSAŞ-ın 18 ayda ərsəyə gətirdyi və 49 saat fasiləsiz uçuşu, yəni 2 sutkadan artıq havada qala bilmə imkanı ilə "Baykar Makina"nın istehsalı olan "Bayraktar TB-2"yə aid fasiləsiz havada qalma rekordunu qıran "Aksungur"un sınaqları davam edərkən "Göksungur"la bağlı işlər daha daha da sürətlənib. "Göksungur"un əsas özəlliklərindən və üstünlüklərindən biri də onun radarlarda özünü F-16 "Fighting Falcon" qırıcısı kimi göstərib patensial düşməni aldada bilməsidir. 12 km yüksəlikdə uçaraq 750 kq faydalı yük daşıya biləcək "Göksungur" istənilən hava şəraitində döyüş tapşırıqlarını yerinə yetirə bilir. Türkiyə istehsalı olan LUMTAS, MAM-L, "Cirit", MAM-C və miniatür aviabombalar daşıya bilən bu PUA həddən ziyadə yüksək zərbə effektivliyinə malikdir. "Göksungur" qırıcı təyyarədən də idarə oluna biləcək və bu minvalla bu PUA-lardan 3-ü səmada "döyüş qanadı" formalaşdıracaq. "Göksungur " Türkiyə istehsalı olan reaktiv "Şimşek" mühərrikinə malikdir ki, bu da PUA-ya 1600 km/saat sürətlə uçmaq imkanını verir. Yeni PUA ilk uçuşunu bu ilin ortalarında gerçəkləşdirəcək. "Göksungur"un seriya istehsalı başlayandan sonra onun Azərbaycana satılması da nəzərdə tutulub. (milli.az) Вернуться назад |