Главная > Cəmiyyət > Türkiyə-Rusiya Müşahidə Mərkəzindəki rusiyalı zabitlər peyvənd olunub

Türkiyə-Rusiya Müşahidə Mərkəzindəki rusiyalı zabitlər peyvənd olunub


10-02-2021, 10:06. Разместил: admin
Türkiyə-Rusiya Müşahidə Mərkəzindəki rusiyalı zabitlər peyvənd olunub


Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının hərbi həkimləri Türkiyə-Rusiya birgə Müşahidə Mərkəzindəki rusiyalı zabitlərin COVID-19-a qarşı peyvənd olunmasını başa çatdırıb.
 “Report” xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Rusiyalı sülhməramlıların şəxsi heyətinin peyvənd olunması davam edir. Bu kampaniyanın könüllülük əsasında aparıldığı bildirilir. Məlumata görə, indiyədək 1 500 hərbçi peyvənd olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda 1 960 sülhməramlı hərbçisinin olduğunu bildirib.


Вернуться назад