Главная > Cəmiyyət > Aprel döyüşləri iştirakçısına vəzifə verildi
Aprel döyüşləri iştirakçısına vəzifə verildi25-01-2021, 15:03. Разместил: admin |
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub. İcra Hakimiyyətindən BAKU.WS-in bölgə müxbirinə verilən məlumatda bildirilib ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən, Möhsümov Babək Zaməddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə anadan olan B.Möhsümov Gəncə Dövlət Universitetini bitirib, Aprel döyüşlərinin iştirakçısıdır. Вернуться назад |