Главная > Cəmiyyət > AMEA qurumlarında yoxlamalar aparılır - RƏSMİ
AMEA qurumlarında yoxlamalar aparılır - RƏSMİ19-01-2021, 10:47. Разместил: admin |
Azərbaycan Milli Elmlər Akademiyasının institutlarda Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb. Bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib. O bildirib ki, akademiyada aparılan islahatlar hələlik başlanğıcdır: “İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”. Alim islahatların davamı olaraq, hazırda Akademiyanın qurumlarında daxili yoxlamaların aparıldığını diqqətə çatdırıb. O bildirib ki, yoxlama ilkin olaraq, Fizika İnstitutunda aparılıb və nöqsanlar aşkar edilərək müəyyən qərar qəbul olunub. Вернуться назад |