Главная > Cəmiyyət > Müdafiə Nazirliyi tərxis edilmiş 51 şəxsin müraciətini həll etdi - FOTO

Müdafiə Nazirliyi tərxis edilmiş 51 şəxsin müraciətini həll etdi - FOTO


13-01-2021, 14:44. Разместил: admin
Müdafiə Nazirliyi tərxis edilmiş 51 şəxsin müraciətini həll etdi - FOTO


Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən iki gün ərzində 532 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 96 müraciətə baxılıb, onlardan 51 müraciət yerində baxılaraq həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.








Вернуться назад