Главная > Cəmiyyət > SOCAR-ın Geofizika-Geologiya İdarəsinin işçilərindən “YAŞAT” Fonduna dəstək

SOCAR-ın Geofizika-Geologiya İdarəsinin işçilərindən “YAŞAT” Fonduna dəstək


13-01-2021, 10:49. Разместил: admin
SOCAR-ın Geofizika-Geologiya İdarəsinin işçilərindən “YAŞAT” Fonduna dəstək


Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.

Bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, İdarənin əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i qədər maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib. “YAŞAT” fondunun hesabına 61 925 manat vəsait köçürülüb.

2020-ci il ərzində Geofizika və Geologiya İdarəsi koronavirusla (COVID-19)mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna, eləcə də Silahlı Qüvvələrə Dəstək Fonduna da vəsait köçürüblər. Ötən il ərzində ümumilikdə fondlara 140 min manata yaxın vəsait köçürülüb.

Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.


Вернуться назад