Главная > Cəmiyyət > AZTV-nin sədri: “Mediada elələri var ki, yaratdıqları saytı özlərinin “Facebook” profili hesab edirlər”

AZTV-nin sədri: “Mediada elələri var ki, yaratdıqları saytı özlərinin “Facebook” profili hesab edirlər”


25-12-2020, 13:15. Разместил: admin
AZTV-nin sədri: “Mediada elələri var ki, yaratdıqları saytı özlərinin “Facebook” profili hesab edirlər”


“İnternet mediasında elələri var ki, təəssüf ki, yaratdıqları saytı özlərinin şəxsi “Facebook” profili hesab edirlər və istədiklərini yazırlar”.

Oxu.az məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onların yazdıqları qeyri-obyektiv məlumatlar ictimaiyyətə ötürülür. Nəticədə ictimai fikri yanlış yola yönəldirirlər:

“Olmazdı ki, müəyyən yazı yazarkən obyektivliyi və qaşrı tərəfin fikirlərini də ortaya qoyasınız? Əgər biz jurnalistikanın üç əsas prinsipini-obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərini görməzlikdən gəliriksə, özümüzü jurnalist adlandıra bilmərik”.

Sədr bildirib ki, AzTV-nin uzun illər ərzində yaranan forma və məzmununun yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər gedir:

“Daha dinamik verilişlərin olması və aparıcıların gətirilməsi üçün işlər aparılır. Pandemiya bu dəyişikliklərin aparılması sürətinə az təsir etsə də, bizim işlərimiz davam edir. 2019-2020-ci illər ərzində dörd milyon manatdan çox vəsait əməkdaşların maaş və qonorarlarına əlavə olunub”.


Вернуться назад