Главная > Cəmiyyət > Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA

Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA


16-12-2020, 14:30. Разместил: admin
Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) adından sosial şəbəkələrdə bu gecədən ölkənin qərb rayonlarına internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə qurumun açıqlamasında bildirilir.

"Məlumat nazirliyin loqosuna oxşar, ancaq ona məxsus olmayan loqo ilə, rayonların siyahısı əlavə olunmaqla yayılıb və həqiqəti əks etdirmir", - açıqlamada qeyd olunub.

Xatırladaq ki, bu il sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat və kiberinsidentlərin qarşısını almaq məqsədilə ölkəmizdə internetin verilməsində müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülüb.

"Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər. Hər hansı kiberinsidentlə üzləşdikdə və yaxud metodiki dəstəyə ehtiyac olduqda, www.cert.az saytı və yaxud reports@cert.az e-poçtu vasitəsilə nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər", - qurum bəyan edib.


Вернуться назад