Главная > Cəmiyyət > Vətən Müharibəsində şəhid olan Siyasət Mustafayevin döyüş yolu - FOTO
Vətən Müharibəsində şəhid olan Siyasət Mustafayevin döyüş yolu - FOTO15-12-2020, 11:30. Разместил: admin |
Siyasət Mustafayev Qarabağımızda torpaqlarımızın azad edilməsi uğrunda işğalçı Ermənistan ordusuna qarşı igidliklə döyüşən və 24 yaşında şəhidlik zirvəsinə ucalan oğullarımızdandır. AZƏRTAC bildirir ki, Siyasət 1996-cı ildə Ağdaş rayonunun Abad kəndində dünyaya gəlib. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini başa vurduqdan sonra yenidən qəlbən sevdiyi və bağlandığı ordu sıralarına qayıdıb. Burada o, Azərbaycan Silahlı Qüvvələrinə layiq bir hərbçi kimi formalaşıb. Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun Qarabağda törətdiyi növbəti, irimiqyaslı təxribata qarşı Silahlı Qüvvələrimizin başladığı əks-hücum əməliyyatının ilk vaxtlarından ön cəbhədə düşmənə qarşı igidliklə vuruşan və xeyli canlı qüvvəsini məhv edən Siyasət döyüş yoldaşları və komandirləri arasında böyük hörmət qazanıb. Əlbəttə, heç bir müharibə şəhidsiz olmur. Gənc hərbçi Tərtərin Talış kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ailədə bir bacının tək qardaşı idi. Atası Akif Mustafayev şəhid oğlu ilə fəxr etdiyini bildirib: “Oğlum Vətən Müharibəsində şəhid olub. Mənim üçün böyük təsəllidir ki, o, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə qazanılan Böyük Qələbədə şəhidlik zirvəsinə ucalıb. Bu zirvə onu yaşadır, həmişəlik yaşadacaq”. Вернуться назад |