Главная > Cəmiyyət > SON DƏQİQƏ! Hərbi vəziyyət bu gecədən ləğv edilir

SON DƏQİQƏ! Hərbi vəziyyət bu gecədən ləğv edilir


11-12-2020, 11:54. Разместил: admin
SON DƏQİQƏ! Hərbi vəziyyət bu gecədən ləğv edilir


Milli Məclis “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələyə baxıb.

Ölkə.az xəbər verir ki, məsələni Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.

Komitə sədri bildirib ki, Azərbaycan öz ərazilərinin azad edilməsi üçün apardığı müharibə nəticəsində torpaqlarımız işğaldan azad edilib və 28 ildən sonra ərazi bütövlüyümüz təmin edilib.

Z.Əsgərov əlavə edib ki, məsələ onun sədr olduğu komitədə də müzakirə edilib və “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” prezident fərmanının ciddi əsasları olduğu qənaətinə gəlinib.

Komitə sədri deputatları bu məsələni dəstəkləməyə çağırıb.


Вернуться назад