Главная > Cəmiyyət > Ermənistan Müdafiə Nazirliyi: “Xocavənd istiqamətində taktiki geri çəkilmişik”
Ermənistan Müdafiə Nazirliyi: “Xocavənd istiqamətində taktiki geri çəkilmişik”3-11-2020, 13:16. Разместил: admin |
Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib. Modern.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib. “Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib. Вернуться назад |