Главная > Cəmiyyət > COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək20-09-2024, 13:22. Разместил: admin |
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq. Bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir. Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub. Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq. Вернуться назад |