Главная > Cəmiyyət > Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA
Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA21-08-2024, 13:08. Разместил: admin |
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı artıq üçüncü gündür ki, Bakının 10 rayonunda və Abşeronda içməli suyun verilməsində fasilə yaranıb. Oxu.az-ın yazdığına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işləri avqustun 20-si axşam saatlarında yekunlaşacaq və avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq. Bu gün paytaxtda içməli suyun əvvəlki rejimlə verilməsinin təmin olunub-olunmayacağı ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, suyun bu gün verilib-verilməyəcəyi hələ ki dəqiq deyil: "Dəqiq məlum deyil. Hadisə yerində intensiv, sürətli, fasiləsiz təmir işləri aparılır". Вернуться назад |