Главная > Cəmiyyət > "Səba" ASC satılıb - DETALLAR AÇIQLANDI

"Səba" ASC satılıb - DETALLAR AÇIQLANDI


20-08-2024, 14:09. Разместил: admin
"Səba" ASC satılıb - DETALLAR AÇIQLANDI


"Səba" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istehsalı və satışın dayandırması ilə bağlı yayılan məlumatlara qurumun rəhbəri münasibət bildirib.  

ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatda yanlışlıq olduğunu deyib.

"Səba" ASC bağlanmayıb və fəaliyyətini dayandırmayıb. ASC 100 faizlik təsisçisi olduğu yeni törəmə cəmiyyəti yaradıb. Quşçuluq fəaliyyətini həmin cəmiyyətə ötürüb. Hazırda "Səba" məhsullarının istehsalı həmin MMC tərəfindən həyata keçirilir", deyə Faiq Hüseynov bildirib. 

Bütün əməliyyatlar həmin şirkət tərəfindən həyata keçiriləcək. Burda hər hansı bağlanma və ya dayanmadan söhbət gedə bilməz. 

Faiq Hüseynov "Səba" ASC-nin işçilərinin fəaliyyəti və əmək haqları ilə bağlı da hər hansı bir narahatçılığın olmadığını deyib: 

"Əməkdaşlarımız yeni yaratdığımız şirkətin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər". 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli Marja.az-a açıqlamasında bildirib ki, "Səba" ASC başqa bir şirkətə satılıb.

Assosiasiyanın sədri əlavə edib ki, şirkətin aktivlərini "Chicken Pro." MMC şirkəti alıb:

"Quşçuluq müəssisəsində istehsal dayanmır, "Səba" markası ilə satış davam edəcək. Hazırkı vəziyyətdə istehsalın dayanması mümkün deyil - çünki inqubatorda yumurtalar, sahədə toyuqlar, kəsimxanada kəsim prosesi var".

Xatırladaq ki, 29 iyul 2024-cü il tarixində keçirilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə, "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında məsələ də daxil idi. 

Həmçinin Ümumi yığıncağın gündəliyinə "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında, "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında və "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood" MMC-yə satılması haqqında məsələlər daxil idi.

Qeyd edək ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Səba" ASC istehsalı və satışı dayandırıb. Şirkətdən verilən açıqlamada istehsalın və satışın dayandırılması faktı təsdiqlənib. Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.

"Səba" ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.



Вернуться назад