Главная > Cəmiyyət > Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib
Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib1-10-2020, 20:53. Разместил: admin |
Mərkəzi Bankdan verilən məlumata əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (//gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər. Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (//mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib. Вернуться назад |