Главная > Cəmiyyət > Parklanmaya görə sürücülərdən tutulan 10 qəpiklə bağlı açıqlama
Parklanmaya görə sürücülərdən tutulan 10 qəpiklə bağlı açıqlama19-07-2024, 11:39. Разместил: admin |
“Son aylarda həyata keçirilən tədbirlər nəticəsində ölkə yollarında 31 məntəqə üzrə 51 elektron tərəzi quraşdırılıb”. “Qafqazinfo” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib. O bildirib ki, elektron tərəzilərin quraşdırılması yolların mühafizəsi baxımından müsbət nəticələr verir: “Bu işdə Daxili İşlər Nazirliyinin gördüyü tədbirlər, aparılan maarifləndirmə işi də çox əhəmiyyətlidir”. Nazir müavini əlavə edib ki, hazırkı vaxtadək Bakı şəhərində 19000 parklanma yeri təşkil edilib: “Parklanma xidmətinə görə sürücülərdən tutulan 10 qəpik xidməthaqqı isə mobil operatorların özlərinin müəyyən etdiyi ödənişdir. Lakin mobil tətbiq vasitəsilə ödəniş edilərkən heç bir əlavə xidməthaqqı mövcud deyil”. Xatırladaq ki, “Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə 0.10 AZN ödəniş çıxılması müzakirələrə səbəb olmuşdu. Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirmişdi ki, bu, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. “Azercell” mobil operatoru tərəfindən isə bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir. Вернуться назад |