Главная > Cəmiyyət > Metroda qatarlar yubandı - AÇIQLAMA
Metroda qatarlar yubandı - AÇIQLAMA16-07-2024, 09:22. Разместил: admin |
Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb: "Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemi yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb". "Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib", - deyə məlumatda qeyd olunub. Вернуться назад |