Главная > Cəmiyyət > Kərəm Mustafayevin adı MN-in saytından da silindi
Kərəm Mustafayevin adı MN-in saytından da silindi11-07-2024, 09:48. Разместил: admin |
Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib. “Qafqazinfo”nun məlumatına görə, artıq onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb. Hazırda sözügedən saytda onun tutduğu vəzifə - müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı haqda məlumat tapmaq mümkün deyil. Xatırladaq ki, məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib. Qeyd edək ki, K.Mustafayev 2014-cü ilin mayında sözügedən vəzifəyə təyin edilmişdi. Вернуться назад |