Главная > Cəmiyyət > Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ15-05-2024, 14:02. Разместил: admin |
Bu gün Azərbaycanda məktəblərində rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var. Bu barədə "Report"un sualını cavablandıran Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var: "Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac, eləcə də müvafiq müəllim sayı uyğun olarsa rus bölməsi üzrə sinif sayı artırıla bilər". Вернуться назад |