Главная > Cəmiyyət > Bu həftə 6 gün işləyəcəyik?
Bu həftə 6 gün işləyəcəyik?30-04-2024, 10:22. Разместил: admin |
Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. Adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti bayram günləri ilə qeyri iş günlərinin yerlərini dəyişdirir. Bəs istirahət günlərinin ardıcıl olması üçün 10 may iş günü 4 may şənbə günüylə əvəz edilə bilərmi? Bakıvaxtı.az məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, hazırda belə bir məlumat yoxdur. Вернуться назад |