Главная > Cəmiyyət > Şakir Qəniyev: "Dördgünlük müharibə"dən 44 günlük Zəfərə...
Şakir Qəniyev: "Dördgünlük müharibə"dən 44 günlük Zəfərə...2-04-2024, 14:05. Разместил: admin |
11 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev - Aprel döyüşləri Azərbaycan ordusunun test imtahanı idi. Çünki biz deyirdik ki, ordumuz güclüdür və qısa zaman kəsiyində torpaqlarımızı işğaldan azad edə bilərik. Amma Ermənistan ordumuzun gücü ilə bağlı dediklərimizi ciddi qəbul etmirdi. Düşmən 23 ildə qurduğu səngərlərə və müdafiə sədlərinə arxayın idi. Amma 2 apreldə başlanan 4 günlük müharibə qısa zaman kəsiyində Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi. Təbii ki, düşmən ordusuna böyük itki verərək minlərlə hektar ərazilər işğaldan azad olunudu. Ermənistan aprel döyüşlərinə qədər nəzarət etdiyi hündürlüklərdən Ağdərə, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayaış məntəqələrini mütəmadi atəş altında saxlayırdı. Aprel döyüşlərində ordumuz Lələtəpəni və Talış kəndi istiqamətində strateji yüksəklikləri işğaldan azad edilərək nəzarətimizi bərpa etdik. Cocuq Mərcanlıda təhlükəsizlik təmin edildi. Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı. Hətta keçmiş Prezident Serj Sarkisyan döyüş əməliyyatlarının dayandırılmasına yalvararaq münaqişəni danışıqlar yolu ilə həll olunmasına razı olduğunu bildirmişdi. Amma bir müddət keçəndən sonra o, yenə öz erməniliyində qaldı. Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı idi. Məhz 27 sentyabr 2020-ci ildə başlanmış müharibədə erməni ordusu aprel döyüşlərində aldığı ruh düşkünlüyünü təkrar edərək döyüş meydanından siçan kimi qaçmağa başladı. Azərbaycan ordusunun qarşısını heç nə ala bilməzdi. Ordumuz qarşısına qoyulmuş tarixi vəzifəni uğurla icra edirdi. Nəhayət 44 gündən sonra Şuşada bayrağımız dalğalandırıldı. O cümlədən keçən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə 23 saatda Qarabağdakı erməni separatizmin kökünü kəsməklə bütün ərazilərdə suverənlik bərpa olundu. Beləliklə 2 aprel 2016-ci ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun yazmağa baladığı döyüş səlnaməsi Xankəndində keçirilmiş prezident seçkilərində erməni separatizimin tabutuna axırıncı mismarı vurmaqla başa çatdırmış olduq. Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclüdür. Qarşımızdakı əsas vəzifə erməni işğalı altında qalmış 8 kəndin azad olunaraq bütün ərazilərimizə keçmiş məcburi köçkünlərin qaytarılmasıdır. 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur. Bu gün artıq 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtmışdır. 2026-cı ilin sonuna qədər isə 140 min keçmiş məcburi köçkünün qaytarılması planlaşdırılmışdır. 100 -dən çox şəhər və kəndin baş planları təsdiq olunmuşdur. Yeni şəhərlər və kəndlər tikilir. Bu bir daha Prezident İlham Əliyevin Liderliyinin və dəyişilməz mövqeyinin təntənəsi, xalqımızın böyüklüyün göstəricisidir. Bu gün xalqımızın başı ucadır. Çünki üzərimizdən məğlub xalq adı götürülmüşdür. Biz qalibik, qürurluyuq və öz yurdumuzun sahibiyik. Bundan böyük xoşbəxtlik ola bilməz. Вернуться назад |