Главная > Cəmiyyət > Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA16-03-2024, 09:19. Разместил: admin |
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib. Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var. ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub. Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq. ETX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində müzakirə aparılmır. Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir. Вернуться назад |