Главная > Cəmiyyət > Şəfayət müəllim: “Ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi”

Şəfayət müəllim: “Ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi”


5-03-2024, 10:16. Разместил: admin

Vilayət Eyvazov bu iki hadisəyə görə polisləri mükafatlandırdı


Saatlı rayon polis şöbəsinin rəis müavini Şəfayət müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şəfayət müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şəfayət müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Saatlı rayon polis şöbəsinin rəis müavini Şəfayət müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Saatlı rayon polis şöbəsinin rəis müavini Şəfayət müəllimin fəaliyyətində ən ali məqam Ali baş komandana və nazirə sədaqət, xalqa hörmət və ehtiramdır.

Saatlı rayonunda asayişin təmin edilməsində, cinayətkarlıqla mübarizədə polislərimiz son illər əzmlə çalışır. Sözsüz ki, bu uğurların təmin olunmasında peşəkar polis işçisi, fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran Saatlı rayon polis şöbəsinin rəisi və müavini Şəfayət müəllimin əməyi misilsizdir. Saatlı sözün həqiqi mənasında öz axarına düşüb. Bir çox açılmamış cinayət işlərini isti izlərlə açan peşəkar polis məmuru Saatlı rayon polis şöbəsinin rəisi və müavini Şəfayət müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı. Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq hamımızın rəğbətini qazandı. Onun rəhbərliyi dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu sadaladığımız faktlar Saatlı rayon polis şöbəsinin rəisi və müavini Şəfayət müəllimin peşəkar polis işçisi kimi gecəli-gündüzlü yorulmadan çalışması hesabına baş gəlmişdir.

Saatlı rayon polis şöbəsinin rəisi və müavini Şəfayət müəllimin əsl polis işçilərinə məxsus sərt intizama, dəmir iradəyə malik olmaqla yanaşı, həm də əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Bu rayonda istənilən vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların, ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq, yerlədə vətəndaşları dinləyən Saatlı rayon polis şöbəsinin rəisi və müavini Şəfayət müəllimin ona ünvanlanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün rayonda qanunun aliliyinin, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur.

Вернуться назад