Главная > Cəmiyyət > DİN-dən əhaliyə xəbərdarlıq - Diqqətli olun! (FOTO)
DİN-dən əhaliyə xəbərdarlıq - Diqqətli olun! (FOTO)5-03-2024, 09:26. Разместил: admin |
Daxili İşlər Nazirliyi (DİN) mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib. DİN-dən daxil olan müraciətdə qeyd olunur ki, cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır: "Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz? • Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin; • Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin; • Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin; • Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın". Вернуться назад |