Главная > Cəmiyyət > Xalq inanırdı...
Xalq inanırdı...4-03-2024, 13:59. Разместил: admin |
Qaradağ postuna komandiri, polis mayoru Etibar İbrahimov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Etibar İbrahimovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub. Qaradağ postuna komandiri, polis mayoru Etibar İbrahimov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir. Mübaliğəsiz demək olar ki, Etibar İbrahimov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir. Qaradağ postuna komandiri, polis mayoru Etibar İbrahimov - Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi 5 mart 2021-ci il tarixindən bizləri 3 illik zaman ayırır. Hər bir mühüm hadisə, tarixi məqam gələcək hədəflərdən bəhs etmədən öncə keçirilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyev həmin qurultayda proqram xarakterli çıxışında Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunu, yerini, mövqeyini möhkəmləndirən amilləri bir daha ətraflı şəkildə diqqətə çatdırmışdı. Reallıq budur ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Ümummilli Liderin ətrafında yaradılmışdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını ətrafında birləşdirdi. Cənab İlham Əliyev Ulu Öndərin böyük cəsarət və qəhrəmanlıq tələb edən addımlarına diqqəti yönəldərək qeyd etmişdir ki, Ümummilli Liderin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Ulu Öndər Heydər Əliyev isə Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq və uzaqgörənlik tələb edən addım idi. Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycan ziyalılarının- “91-lər”in müraciətinə cavabında Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratik prinsiplərə və siyasi plüralizmə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.” Prezident İlham Əliyevin partiyanın VII qurultayında söylədiyi “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur” fikirləri çətin şəraitdə yarandığına baxmayaraq qısa müddətdə xalqın etimadını qazanaraq iqtidar partiyası kimi fəaliyyət göstərən YAP-ın keçdiyi yolun təqdimatı idi. Ümummilli Lider Heydər Əliyev YAP-nın ətrafında toplaşan insanlarla birlikdə ölkəni parçalanmaqdan, bölünməkdən, vətəndaş müharibəsindən xilas etdi. Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələri ilə diqqətdə olub. Partiyanın Proqramında əksini tapan hədəflərdən biri ərazi bütövlüyümüzün bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etmişdir. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf etdirən, zirvələrə yüksəldən Prezident İlham Əliyevin təkmil islahatları, uğurlu siyasəti nəticəsində ölkəmiz ən islahatçı ölkələri sırasında qərarlaşdı. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya çatdırdı. Cəmiyyətin avanqard qüvvəsi, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul olunan qərarlar sonrakı mərhələdə ölkəmizin, partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır, ictimai-siyasi həyatımıza yeniliklər gətirir. Partiyanın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı da bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. Xalqın böyük etimadını, inamını qazanaraq böyük inkişaf yolu keçən partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev proqram xarakterli çıxışında bir daha “91-lər”in fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. 1992-ci ildən başlanan inkişaf yolu Azərbaycana davamlı uğurlar qazandırır. Вернуться назад |