Главная > Cəmiyyət > Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyyə olunur
Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyyə olunur21-09-2020, 09:54. Разместил: admin |
Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir. “Report” xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır. Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq. Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyyəsi təmin edilib. Вернуться назад |