Главная > Cəmiyyət > Seçkiyə müdaxilə edənlər məsuliyyə cəlb ediləcək - Baş Prokurorluqdan XƏBƏRDARLIQ
Seçkiyə müdaxilə edənlər məsuliyyə cəlb ediləcək - Baş Prokurorluqdan XƏBƏRDARLIQ20-12-2023, 14:54. Разместил: admin |
Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri, əsasən, daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır. Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. "Bildirim ki, 2002, 2009, 2016-ci illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. 2008, 2018-ci ildə prezident seçkiləri ilə bağlı da bu kimi heç bir məlumat prokurorluq orqanlarına daxil olmayıb. Seçki komissiyalarının işinə mane və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək”, - o qeyd edib. Elçin Məmmədovun sözlərinə görə, seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər. “Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”. Вернуться назад |