Главная > Cəmiyyət > Xalid Quluzadə: Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi
Xalid Quluzadə: Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi11-12-2023, 13:11. Разместил: admin |
Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quluzadə - Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür. Allah rəhmət eləsin! “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. – Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 17 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.12 dekabr 2003-cü il müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür. Azərbaycanı dünyada tanıtmış və yeni müstəqillik epoxasına hazırla¬mış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış ulu öndər Heydər Əliyev artıq 17 ildir ki, tarixin onun üzərinə qoyduğu liderlik missi¬yasını böyük məharət və ləyaqətlə yerinə yetirib əbədiyyətə qovuşmuş¬dur. Hər il ulu öndərin əbədiyyətə qovuşduğu günün ildönümündə soydaşlarımız dünyanın hər yerində ümummilli liderimizin ölməz xatirəsini sonsuz ehtiram və qədirbilənliklə yad edirlər. Onun müqəddəs məzarı xalqımızın həmrəylik və milli qürur rəmzinə çevrilmişdir.Bu anım mərasimləri dahi öndərimiz Heydər Əliyevin dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi, ölkəmizin sivil tərəqqi yoluna çıxarılması, hərtərəfli inkişafa qovuşması kimi tarixi missiyasının önəmini xalqımızın qədərincə anlamasının və lazı¬mınca dəyərləndirməsinin aydın göstəricisidir.Ümummilli liderin dünyaya göz yumduğu günlərdə xalqımıza böyük təsəlli gətirmiş, sabaha inamımızı artırmış “Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var – Heydər Əliyev də var olacaqdır” – deyimində ifadə olunmuş uzaqgörənlik və həqiqət zaman keçdikcə daha dərindən və aydın dərk olunur. İllər keçir, ulu öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” idealı həqiqətə çevrilir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu suveren Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır.Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə bö¬yükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xa¬dimi deyil, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Bu böyük insan zəngin və geniş dövlətçilik təfəkkürünə malik olan nadir dövlət xadimlərindən biridir. Dövlətçiliyin nəzəriyyəsi ilə təcrübəsinin möhkəm vəhdətinə nail olmaq və bütün bunları özü¬nün intellektual qabiliyyətləri ilə əlaqələndirməyi bacarmaq Heydər Əliyev fenomeninin əsaslarını təşkil edir.Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir. Siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi formalaşdırmışdır.Bütün Azərbaycan vətəndaşları ötən illərdə belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə mil¬li tərəqqinin 35 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan, zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlı¬dır. Heydər Əliyevin unikallığını səciyyələndirən xüsusiyyətlər say¬sız-hesabsızdır.Adi vətəndaşdan tutmuş dünyanın ən qüdrətli ölkələrinin başçılarına qədər onunla müxtəlif mövzular ətrafında ünsiyyətdə olan hər bir kəs qarşısındakının fenome¬nal yaddaşından və ensiklopedik biliklərindən heyrətə gəlirdi. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması kimi mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xal¬qına və Vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti qurul¬du, möhkəmləndi və əbədiyaşarlıq qazandı.XX yüzildə müasir Azərbaycanın yaşarı modelini məhz müstəqil Azərbaycan dövlətçiliyinin me¬marı, qurucusu Heydər Əliyev gerçəkləşdirə bilmişdir. Ulu öndər ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışla¬rının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Nax¬çıvan torpağında dünyaya gəlmiş, zəngin, təkrarsız ömür yaşamış dün¬ya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır.Yaşandıqca, mahiyyətinə var¬dıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə əbədiləşən Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın çizgilər qa¬zanır. Möhkəm siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünya¬görüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu kimi bu xüsusiyyətlər Heydər Əliyevi Azərbaycan xal¬qının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir.Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin düzgün mövqeyinin və sarsılmaz iradəsinin şah əsəridir. Heydər Əliyevin mövqeyi və iradəsi onun böyük şəxsiyyətinin meyarlarıdır. Konkret mövqe ifadə etmək və aydın siyasi-mənəvi iradəyə malik olmaq ulu öndərin nümunəsində sınaqlardan çıxmış dəyərlərdir. Bu da böyük siyasətdə Heydər Əliyev dövlətçilik məktəbinin ibrətamiz dərsləridir.Tarixdə xalqına, onun yüksəlişinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların milli dəyərlərdə təcəssüm tapmasına nadir hallarda təsadüf olunur. Böyük öndər məhz belə rəhbər və dövlət xadimi idi. O, sovet dövründə də, müstəqillik dövründə də ən böyük azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən mükəmməl bir sima idi. Onu milli dəyərlərimiz, varlığımız və tarixi taleyimizlə bağ¬layan çoxlu möhkəm, qırılmaz tellər var idi. Bu, bir cəsarət, qətiyyət, vətənpərvərlik nümunəsi idi...Azərbaycan lideri Heydər Əliyev bu nümunəni tarixin bütün anlarında təkrar-təkrar nümayiş etdirmişdir. Milli ruhun daşıyıcısı olan ziyalıla¬rımızı təzyiq və təqiblərdən qoru¬yanda, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə, Azərbaycan və ümumilikdə, müsəlman ölkələri ilə bağlı göstərdiyi təəssübkeşlikdə də, prinsipiallıqda da...Tərcümeyi-halının bütün mərhələlərində ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqı¬na sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur. Bu düşünülmüş, əqidə kimi qəbul edilmiş ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən seçil¬miş ən məqsədəuyğun taktika ilə dönmədən həyata keçirilmişdir. Buna görə də haqlı olaraq Heydər Əliyev dünya miqyasında nadir strateq kimi qəbul olunur.1969-1982-ci illər ərzində Azərbaycan Sovet Respubli¬kasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir ölkə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi. Bundan başqa, sovet dövrünün çətin, sərt siyasi-ideoloji mühiti çərçivəsində Azərbaycanda həm də milli maraqla¬rın inkişaf etdirildiyi bir dövlətçilik sis¬temi formalaşdırmaq Heydər Əliyevin düşünülmüş strategiyası idi. Bu uzunmüddətli strategiyanı mərhələ-mərhələ həyata keçirmək üçün SSRİ rəhbərliyində apardığı danışıqlar, müzakirələr, bunların əsasında ümumittifaq miqyasında və respub¬lika səviyyəsində qəbul etdirməyə nail olduğu qərarlar görkəmli dövlət xadimi Heydər Əliyevin konkret və aydın mövqeyinin ifadəsi idi.Həqiqətən, ümummilli liderin o illərdə gördüyü işlər təkcə bir dövlət xadiminin üzərinə düşən vəzifələrin icrası deyildi. Bu, xalqa, dövlətə dərin sevginin ifadəsi idi. Ümum¬milli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünül¬müş, məqsədyönlü tədbirləri hesabı¬na 1969--1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşmüşdür. Bu dövr Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişa¬fında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır.Xalqımızın unudulmaz oğlu¬nun rəhbərliyi ilə respublikada bütün proseslər bir-birinə paralel gedirdi, bir-birini ahəngdar şəkildə tamamlayırdı. Və onların hər biri ən xırda detalına qədər şəxsən Heydər Əliyevin öz nəzarətində idi. Ulu öndərin verdiyi məqsədyönlü qərarlar, təsdiqinə nail olduğu inkişaf proqramları, yerlərdəki kadr təyinatları, güzəştsiz, prinsipial iş metodları sayəsində Azərbaycan canlanıb inkişaf edirdi.Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması həmin vaxt ittifaq dövlətinə rəhbərlik edənlərin diqqətini cəlb etdi və Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrlə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi.Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində kömək göstərir və Vətəninin dinamik inkişafı üçün əlindən gələni edirdi.Heydər Əliyevin dahiliyinə möhtəşəmlik və sadəlik, qüdrətinə əbədilik və şəxsiyyətinə müdriklik verən, ona əbədi ehtiram qazan¬dıran, ümumbəşər məşhurluğu gətirən, ulu öndər və ümummilli lider zirvəsinə yüksəldən və nəhayət tari¬xin ölməzlik rəmzinə çevirən də elə onun şəxsiyyət xüsusiyyətlərindəki böyüklükdür. Heydər Əliyev da¬hiliyi uzun illər ərzində çətin tarixi süzgəclərdən keçərək, zaman-zaman cilalanmış, ağlasığmaz dərəcədə yaradıcılıq qabiliyyətinə malik bir mənbəyə çevrilmiş və həmişə özünü Vətəninin, xalqının müqəddəratının həll edildiyi vaxt¬larda büruzə vermişdir. Bunun belə olduğunu tarixin özü təsdiq etdi.Ümummilli lider Heydər Əliyev sivilizasiyaların qovuşuğunda, daha dəqiq desək, böyük güclərin qlobal iqtisadi və siyasi maraqlarının toqquşduğu bir məkanda müstəqil və güclü Azərbaycanın da təməlini qurmağa müvəffəq oldu. Bu, bir təcrübəli dövlət adamı, siyasi lider kimi onun üzərinə tarixin, taleyin və xalqın qoyduğu missiya idi. Lakin ulu öndərimiz daha böyük bir mis¬siyanı həyata keçirərək, yeni dövr Azərbaycanının ideoloji postulatını da formalaşdırdı. Azərbaycançılıq ideologiyasını irəli sürməklə siyasi və dövlətçilik fəlsəfəsini milli birlik məfkurəsi kimi təkmilləşdirdi. Böyük öndərimiz yalnız dövlətin iqtisadi, hərbi, diplomatik əsaslarını yarat¬madı, həm də onun ideoloji inkişaf konsepsiyasının müəllifi oldu.1993-cü ildə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə ulu öndər öz tarixi missi¬yasını davam etdirərək ölkəni, xalqı böyük bir fəlakətdən – azadlığını, müstəqilliyini itirmək təhlükəsindən qurtardı. Bu dövr Azərbaycan tarixi¬nin qızıl hərflərlə yazılmış səhifəsinə çevrildi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluş Günü oldu. 15 İyun Milli Qurtuluş Günü, yalnız Azərbaycanın siyasi qurtuluşu¬nun tarixi yox, həm də Azərbaycanın xaosdan, ümumiyyətlə siyasi xəritədən silinmə təhlükəsindən faktiki xilas olunduğu tarixdir. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət qu¬ruculuğu prosesi başlandı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyas¬lı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində gələcəyin təməlini qoymuş oldu.Məhz Heydər Əliyevin qayı¬dışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi.On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkəni dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövlət kimi millətinə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi.Ulu öndər geosiyasi ziddiyyətlərin, iqtisadi kataklizmlərin burulğanında müstəqil bir dövlət qurmaqla, əslində, Azərbaycan xalqının mövcudluğunu qoruma¬ğa nail oldu. Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, sosial-mədəni, hüquqi və ideoloji əsaslarını yaradan Heydər Əliyev qısa müddətdə ölkəni yeni bir inkişaf mərhələsinə çıxardı. 1993-cü ildən başlayaraq ictimai-siyasi sabitliyin təmin olunması, beynəlxalq münasibətlər sistemində öz yerini tutması, iqtisadiyyatda sabitliyin, daha sonrakı illərdə isə həm də davamlı inkişafın əldə edilməsi, de¬mokratik ənənələrə əsaslanan siyasi sistemin formalaşması, modern ordu quruculuğu və digər sahələrdə əldə olunmuş uğurlar Heydər Əliyevin irəli sürdüyü müasir milli dövlətçilik strategiyasının məntiqi nəticələri idi.Ümummilli lider Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirdi, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteq¬rasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etdi. 1994-cü ildə məlum "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsi oldu. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividendlər bəxş etdi. Bugünkü Azərbaycanı, onun böyük potensialını həmin müqaviləsiz təsəvvür etmək mümkün deyil. Beləliklə, Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərinə qoyuldu və inkişa¬fa, tərəqqiyə xidmət edən islahatlar reallaşdırıldı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişlərinin imzalanması, iqtisadi, sosial və siyasi islahatlar strategiyasının hazırlanaraq ardıcıl surətdə həyata keçirilməsi ilə yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Dünya xəritəsində suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət ünva¬nı hər kəsə bəlli oldu. İki fərqli ictimai quruluşda Azərbaycana rəhbərlik edən Heydər Əliyev formasiyaların və sistemlərin müxtəlifliyinə baxmayaraq, zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, tükənməz enerjisi, yüksək təşkilatçılıq bacarığı və ən mürəkkəb vəziyyətlərdə belə məsuliyyəti öz üzərinə götürərək ən düzgün qərarları qəbul etmək səriştəsi ilə əsl liderlik nümunəsi göstərdi. XX əsrin son onilliyinə real parçalan¬maq təhlükəsi ilə qədəm qoyan Azərbaycan Heydər Əliyevin dühası sayəsində XXI əsrin birinci onilliyinə artıq özünü təsdiq etmiş, gələcək inkişaf imkanları şübhə doğurmayan uğurlu dövlət kimi daxil ola bildi.Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır.Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri bir daha onu göstərdi ki, əgər Azərbaycanda Heydər Əliyevin dövlətçiliyə xilaskar baxışları, siyasi hadisələrə müdaxilələri olmasay¬dı və İlham Əliyev Azərbaycanın rəhbərliyinə gəlməsəydi müstəqilliyi hələ bərkiməyən ölkənin və dünya azərbaycanlılarının taleyi barədə şübhələr bu gün də hökm sürərdi.Böyük rəhbər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan həm milli iftixar duyğusu, həm də bugünümüzün və sabahımızın mahiyyətidir, hərəkətverici qüvvəsidir. Qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyevin müstəqil dövlətçilik idealları Azərbaycan xal¬qının əbədiyyət yoludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçilik yollarındakı dönməz mövqeyi, yaradıcı dühası, yorulmaz fəaliyyəti ilə Heydər Əliyev epoxasını tamamla¬mış və yeni tarixi era yaratmışdır. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir.Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 17 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətimizin yeni tarixi mərhələdəki yüksək və hərtərəfli inkişafını təmin etməklə müstəqil dövlətimizi qətiyyətlə irəli aparır.Dünyada baş verən müasir hərbi-siyasi proseslərə, iqtisadi çalxalanmalara, yeni sənaye inqilab¬larına çağırışlara, habelə multikultural dəyərlərə fərqli baxışlara uyğun olaraq müstəqil dövlətimizin inkişaf strategiyası və taktikasını daim yeniləşdirən və zənginləşdirən Prezident İlham Əliyev özünün dərin analitik təfəkkürü və çoxcəhətli yorulmaz fəaliyyəti ilə XXI əsrin əsl modern dövlətçilik nümunəsini göstərməkdə davam edir.Dövlət rəhbərimizin fəaliyyətinin hər anı, hər səhifəsi Azərbaycan xalqının bugünkü inkişafına və daha xoşbəxt gələcəyinə xidmətin əməli ifadəsidir. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətin nəticəsində müstəqil Azərbaycan Respublikası qısa müddətdə nəinki regionda, dünya miqyasında söz sahibinə çevrilmişdir.Dünyanın ən mötəbər xitabət kürsülərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni tarixi epoxanın görkəmli liderlərindən biri kimi çıxış edir. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə də dövlət başçımızın dərin məzmunlu nitqləri, çağırışları planetimizdə sülhə, sabitliyə, əməkdaşlığa geniş üfüqlər açır.Bu gün Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər baş verir. Bu dəyişikliklərin, uğurlarla zəngin inkişafın müəllifi Azərbaycan Res¬publikasının Prezidenti cənab İlham Əliyevdir. Yeniliyin, innovasiyalara imkan verən dəyişikliklərin tərəfdarı olan, belə təşəbbüslərlə çıxış edən, bu səpkili fikirlərə açıq dəstək verən, tərəqqiyə xidmət edən yaradıcılığı yüksək qiymətləndirən, mövcud imkanlardan ən müfəssəl şəkildə faydalanan dövlət başçısının fəaliyyəti Azərbaycanın müvəffəqiyyətlərlə dolu inkişaf yolunu müəyyənləşdirir. Zamanında doğru qərarlar verən, real hədəflər seçən, önəmli strateji dəyişikliklərə gətirib çıxaran ideya və planların müəllifi kimi çıxış edən Azərbaycan Prezidenti həm də islahatçı bir lider olaraq çağdaş tariximizin yaradılmasında misilsiz xidmətlər göstərir.Azərbaycanın bugünkü inkişaf mənzərəsi Heydər Əliyevin çin olmuş arzusudur. Ölkəmiz bu gün bütün dünyada tolerantlıq, mədəniyyətlər dialoqu məkanı kimi tanınır, multikultural dəyərlərin genişlənməsinə dəstək olur və bu dəyərlərə örnək ölkə kimi qəbul edilir.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da həyata keçirilən siyasətə dəstəyi fonunda gördüyü işlərin miqyası olduqca böyükdür. Mehriban xanım Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini verməkdədir.Bu gün ulu öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Вернуться назад |