Главная > Cəmiyyət > Ərazilərə polis qrupları cəlb edilib - DİN rəsmisi

Ərazilərə polis qrupları cəlb edilib - DİN rəsmisi


7-12-2023, 13:26. Разместил: admin
Ərazilərə polis qrupları cəlb edilib - DİN rəsmisi


Bir neçə istiqamət üzrə yaşayış binalarında əhalinin təşvişə düşüb tərk etməsi halı nəzərə alınaraq əraziyə xidmət qrupları cəlb edilib.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, əhalinin təşviş içərisində evlərini tərk etməsi nəticəsində yanğın təhlükəsizliyi və s. neqativ halların baş verməməsi üçün nəzarət tədbirləri görülüb.
"Oğurluq və xoşagəlməz hallarla bağlı bir dənə də olsa, fakt daxil olmayıb.
Bütün zəruri tədbirlər davam etdirilir"- o deyib.


Вернуться назад