Главная > Cəmiyyət > Şakir Qəniyev: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır
Şakir Qəniyev: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır4-12-2023, 16:11. Разместил: admin |
11 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüş, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət kimi əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirib, müstəqilliyimizi daimi və dönməz etmişdir. Ulu Öndər Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmiş, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış etmişdir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Həqiqətən də azərbaycançılıq ideologiyası bütün soydaşlarımızı vahid amal ətrafında birləşdirdi, bu ideologiya bəlli bir inkişaf mərhələsindən keçərək bizim bir millət olaraq formalaşmağımızda mühüm rol oynadı. Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir. Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycanın dövlətəqədərki dövrünə və dövlətçilik tarixinə tətbiq etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliğinə, Heydər Əliyev irsinin daha yaxından öyrənilməsinə xüsusi töhfələr verəcək, dahi şəxsiyyətin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğ edilməsi aktual olacaq. Bu il Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il vaxt keçir. Dönüb keçmişə baxdığımız zaman dərin siyasi, ictimai və tarixi təhlilə ehtiyacı olan bir dövr qarşımıza çıxır. Daha doğrusu ötən inkişaf mərhələsini dərindən öyrənərək tərəqqinin Azərbaycan modelinin necə yarandığını və bugünlərə gəldiyini görürük. Amma bunun üçün ilk olaraq cənab İlham Əliyevin Prezident seçildiyi o zamana qısa nəzər salmaqda böyük fayda var. 2003-cü il sonunda Ulu Öndər Heydər Əliyev dünyadan cismani köçəndə Azərbaycanda heç kim buna hazır deyildi. O, təkcə dövlət başçısı yox, həm də xilaskar idi. Azərbaycan üçün bir ömrə sığmayacaq qədər işlər görmüşdü. Lakin onun Azərbaycanla bağlı gördükləri, etdikləri qədər edə bilmədiyi, ömrün vəfa etmədiyi arzuları qaldı. Amma Ümummilli Liderin öz xalqına ən böyük töhfəsi məhz onu əmanət edə biləcəyi bir siyasi varisin olması idi. Heydər Əliyevin xalqa son müraciətinə nəzər yetirsək, biz ötən iyirmi ilin siyasi konturlarını rahatlıqla görə bilərik. Ulu Öndər bütün ömrünü verdiyi, şah əsərim adlandırdığı Azərbaycanı özüm qədər inanıram dediyi bir dünyamiqyaslı liderə əmanət edirdi. Onun üçün də Ulu Öndərin ruhu rahat və şaddır. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevi özünə siyasi varis seçəndə onun peşəkar və insani keyfiyyətlərini yaxşı bilirdi. Bu etimada qədər İlham Əliyev dünyanın ən yaxşı diplomatlarının yetişdiyi bir ali təhsil ocağında müəllim işləmişdi. Özü də atasına görə böyük təzyiqlərə məruz qalaraq işləmişdi. O, dünya ticarətini yaxşı bilən iqtisadçıdır. Həm də dünyada baş verən siyasi hadisələrin iqtisadi səbəblərini və nəticələrini gözəl təhlil edə bilən iqtisadçıdır. Cənab İlham Əliyev neftçidir. “Əsrin müqaviləsi” başda olmaqla bir çox neft kontraktlarında özünə məxsus imzası olan, milli maraqları üstün tutan bir şəxsiyyət kimi iştirak etmişdir. Sonrakı proseslər göstərdi ki, o eyni zamanda dahi hərbi sərkərdədir. O, müdrik siyasətçidir və nəhayət Azərbaycan xalqını hər kəsdən çox sevən oğuldur. Ulu Öndər Heydər Əliyev bu kimi məqamları gözəl bilərək xalqa son müraciətində deyirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.” Bəli, ötən iyirmi ilə baxanda görürük ki, cənab İlham Əliyevin intellekti, praqmatik zəkası və müasir dünya siyəsətini bilməsi sayəsində Azərbaycan böyük bir yol qət etmişdir. Onun ölkəmizin və regionumuzun inkişafına yönəlmiş təşəbbüsləri Azərbaycanın dünyada olan reytinqini qaldırmışdır. Belə ki, dəfələrlə Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyalarının və yaxud da əleyhimizə səs vermələrin qarşısını ölkəmizin dostları almışlar. Bu da əlbəttə, həmin ölkələrlə qarşılıqlı mənafeyə yönəlmiş siyasətin nəticəsində mümkün olmuşdur. Eyni zamanda da Azərbaycan Vətən müharibəsindən öncə hazırlıq, müharibə dövründə informasiya müharibəsi və sonrasında nəticələrin möhkəmləndirilməsi istiqamətində böyük işləri məhz cənab İlham Əliyevin sonsuz intellekti sayəsində yerinə yetirə bilmişdir. Onun “mən nəyi, nə zaman edəcəyimi bilirəm” ifadəsi nonsens deyil. Böyük bir intellektin və təcrübənin məhsuludur. Yenidən Ulu Öndərin ən son müraciətinə nəzər salmaq istərdim. O deyirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu sözlərdən sonra əslində əlavə şərhə ehtiyac duymuram. Çünki son iyirmi ildə ölkəmizdə baş verən meqa miqyaslı inkişaf öz sözünü deyir. Bir çoxlarının inanmadıqları və hətta xəyal belə etmədikləri hadisələrin canlı şahidləriyik. Son iki yüz ildə itirilmiş torpaqlarımız ilk dəfə geriyə qaytarılır. Milli maraqlarımız və milli birliyimiz yenidən təmin olunur. Gənc nəslin tərbiyəsində milli vətənpərvər siyasət ön plana çəkilir və bunun nəticəsində Qarabağı, Şərqi Zəngəzuru heç vaxt o torpaqları görməyən gənclər azad edirlər. Azərbaycan xalqı müdrik xalqdır. Çünki xalqımız seçim məqamlarında, qərar verərkən doğru qərarlar verir və öz taleyini etibarlı insanlara həvalə etmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə xalqın israrlı tələbi ilə dəvəti nə qədər yerində və doğru addım idisə, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxunun İlham Əliyevə səs verməsi də o qədər yerində qərar idi. Bizim artıq böyük sınaqlardan keçmiş 20 illik müddəti təhlil etmək imkanlarımız var. Azərbaycanın regional və qlobal statusunun əhəmiyyəti durmadan artmaqdadır. Biz haqqımızda qərar verilən dövlətdən nəinki öz qərarlarımızı verən, hətta region və dünya qərarlarında söz sahibi dövlətə çevrilə bilmişik. Bütün xarici siyasətin əsasında daxildə formalaşan sosial bazanın qərarları, xalqın qayğıları, arzu və istəkləri dayanır. Xüsusi ilə də şərq dövlət idarəetmə sistemlərində lider anlayışı və liderin qərarları əhəmiyyətlidir. Biz bir yumruq ətrafında birləşə bilən cəmiyyət kimi doğru liderin, rəhbərin ətrafında vahidləşdik. Bu günkü uğurlar heç də bir gündə əldə olunmadı. Dayanıqlı və davamlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Bütün sahələrin və bütün regionların eyni prinsiplə paralel inkişafı İlham Əliyev zəkasının məhsuludur. Bunun üçün regionların sosial - iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları həyata keçirilmişdir. İndi bizim regionlarımız paytaxtla eyni dinamika ilə inkişaf edir. Bütün şəhərlərimizin vizual mənzərələri tamami ilə yaxşıya doğru dəyişilməkdədir. Milli iqtisadiyyatın diversifikasiyasının doğru həyata keçirilməsi nəticəsində biz inkişafa nail ola bilmişik. İqtisadi parametrlərlə sosial inkişafın ardıcıl sürətdə uyğunlaşdırılması və büdcədə yaranan artımların xalqın rifahına yönəldilməsi həmişə dövlət başçısının bir nömrəli qərarı və yanaşması olmuşdur. Bu da özlüyündə sosial dövlət fəlsəfəsini ölkəmizdə idarəetmənin əsasına çevirmişdir. Əlbəttə, müdrik xalqımızı bir yumruq ətrafında birləşdirən milli - ideoloji amillər, maraqlar olsa da, sadə xalq kütlələrini güclü, vətəndaşmərkəzli dövlət anlayışları ətrafında birləşdirən əsas amil cənab İlham Əliyevin sosial - iqtisadi siyasəti olmuşdur. Son iyirmi ildə dəfələrlə əmək haqları, təqaüdlər artmış, cəmiyyətin həssas təbəqəsindən olan insanlar daim diqqətdə saxlanılmışdır. ASAN, DOST xidmətlərinin yaradılması, dövlət orqanlarının əlçatanlığının sadələşdirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması, problemlərin zamanında öz həllini tapması Prezidentin dövlət idarəetməsində həyata keçirdiyi əsaslı və məntiqli islahatların nəticəsidir. Eyni zamanda milli kadrların formalaşdırılması, yeni təyinatların həyata keçirilməsi və təyin olunan gənc kadrların qarşısında konkret vəzifələrin cənab Prezident tərəfindən qoyulması, vaxtaşırı verilən tapşırıqların icrasının yoxlanılması son iyirmi ildə inkişafın Azərbaycan modelini formalaşdıran və inkişaf etdirən əsas amillərdəndir. İndi hər bir Azərbaycan Respublikasının vətəndaşı bilir, hətta əmindir ki, onun dövləti onun müdafiəsi və təminatı üçün bütün mümkün addımları atmaqdadır. Əlbəttə, bu kimi strateji əhəmiyyətə malik addımların atılması nəticəsində xalqla dövlət, dövlətlə cəmiyyət arasında sarsılmaz, yıxılmaz körpülər qurula bilmişdir. Cənab İlham Əliyev daxili siyasətdə olduğu kimi beynəlxalq arenada da usta siyasət xadimi kimi böyük hörmətə malikdir. Bir çox dövlət və hökumət başçılarının onunla bağlı dediyi sözlər onun dünyada, xüsusi ilə də Qərbdə necə lazımlı şəxs olduğunu bir daha sübut edir. Dünyada, xüsusi ilə Avropada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan amilinin əhəmiyyəti artmaqdadır. Biz Avropanın ən etibarlı enerji təminatçısıyıq. Sözünün imzası qədər güclü olduğu bir liderə malik olduğumuz üçün belə böyük uğurlara imza atırıq. Dünyada bütün liderlər yaxşı bilir ki, əsil Türk və Qafqazlı adət-ənənələrinə malik olan cənab İlham Əliyevin sözü sözdür! Bunu Qarabağın erməni əsilli sakinləri də bilməli, uzun illər davam edən ixtilafa son qoyaraq Azərbaycan Respublikasının vətəndaşı kimi yaşamağı öyrənməlidirlər. Cənab İlham Əliyev Azərbaycanda milli birliyin banisi və milli maraqların hamisidir. Məhz onun siyasəti nəticəsində Azərbaycan öz maraqlarını müdafiə və bunun sayəsində də milli birliyi təmin edə bilib. Bütün tərəflərlə münasibətlər qurma qabiliyyəti və gücü olan Azərbaycan dünyada çoxvektorlu siyasət həyata keçirir. Bütün siyasi qütblərdən olan ölkələrlə paralel və balanslaşdırılmış xarici siyasət xətti tutmaqla biz hər kəslə müzakirələr apara bilirik. Bu da İlham Əliyev siyasətinin əsas xaraterlərindəndir. Cənab İlham Əliyevin iyirmi illik fəaliyyəti sübut etdi ki, o həm də dünyanın müasir çağırışlarını gözəl bilir və bunlara qarşı hazırlıqlıdır. Bu gün Azərbaycan Türkiyə ilə birgə istər Türk Dünyasının, istərsə də Müsəlman aləmin flaqmanına çevirilib. Vətən Müharibəsindən və antiterror əməliyyatlarından sonra Azərbaycan Şərqlə Qərb arasında ən qısa yol olan “orta dəhliz”i işə salmaqla dünyanı bir az daha yaxınlaşdıracaq. Bu meqa layihə uzaq Sakit okean sahillərindən Qərbi Avropaya gedən bütün yolları, enerji xəttlərini, nəqliyyat mərkəzlərini ölkəmizdə birləşdirəcək. Buna hazırlıqlı olaraq dəniz limanları, havalimanları, dəmir və avtomobil yolları tikməklə biz müasir dünya çağırışlarına cavab vermiş oluruq. Bu, bizə yalnız iqtisadi üstünlüklər deyil, həm də siyasi dividentlər də verməkdədir. Bu gün dünyanın hər yerində qaynar nöqtələr var. Böyük tarixə, əraziyə və əhaliyə malik dünya dövlətləri öz maraqlarını, öz ərazi bütövlüklərini və öz suverenliklərini qorumaqda acizlik çəkdikləri bir zamanda dövlətimiz 30 ilə yaxın bir müddətdə davam edən işğala son qoydu. Dünyanın müxtəlif regionlarında separatist qüvvələr minlərlə kvadrat kilometr əraziləri öz nəzarətləri altında saxlarkən, bu məsələlər öz həllini tapmazkən, Azərbaycan nəinki öz ərazilərində olan “boz” - nəzarətsiz zonaları təmizlədi, hətta qeyri-qanuni qurumu tarixin tozlu rəflərinə göndərə bildi. Ölkəmizə qarşı bu gün də dünyanın ən güclü dövlətləri tərəfindən təzyiq cəhdləri mövcud olarkən, Prezident cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində biz bütün maneələri aşdıq. Təəssüflər olsun ki, dünyada baş verən real problemləri bir kənara qoyan BMT və onun Təhlükəsizlik Şurası uzun illər ərzində ölkəmizin işğal olunmasını deyil, Azərbaycanın öz suveren hüquqlarını həyata keçirdiyi zaman sanki kimlərinsə “pozulmuş” hüquqlarını müzakirə etmişdir. Halbuki Azərbaycan həyata keçirdiyi döyüş əməliyyatları sayəsində BMT-nin də hörmətini özünə qaytarmışdı. Kağız üzərində qalan 4 qətnamə uğurla həyata keçirilmişdir. Dünyada qazandığımız dostluqlar və əməkdaşlıqlar sayəsində biz Ermənistanın və onun havadarlarının bir mərkəzdən “İdarə olunan xaos” kimi məkrli planlarının qarşısını ala bildik. Əlbəttə, son iyirmi ilin, hətta son iki yüz ilin ən böyük uğuru Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması və suverenliyin bərpa olunmasıdır. Bu hadisələr məcmusunun özlüyündə dərin mürəkkəblik vardır. Son iyirmi ildə biz müharibəni udmaq üçün yalnız ordu formalaşdırmadıq. Döyüş ruhunu yaratdıq. Çünki ordunu əgər formalaşdıran yalnız silah arsenalı olsaydı, Qarabağın dağlıq ərazisində on minlərlə silah – sursat, hərbi qənimətlər öz məkirli siyasətini həyata keçirə bilərdi. Ordunu formalaşdıran isə ordunun döyüşkən ruhudur. Biz Qarabağı görməyən gənclərdə həmin torpaqlara getmək arzusu formalaşdırdıq. Cənab İlham Əliyev yaxşı bilirdi ki, dünya 90-cı illərin əvvələrində olan dünya deyil. Dünya informasiya əsrini yaşayır. Dünya əhalisinin fkirlərini, diqqətlərini Azərbaycan həqiqətlərinə çəkmək üçün Azərbaycanda beyin mərkəzləri yaradıldı. Dünyada formalaşan beyin mərkəzlərində istər müharibədən əvvəl nəticə əldə edilməsi, istərsə də müharibədən sonra əldə olunmuş nəticələrin dünyada qəbul olunması üçün böyük işlər görülüb və görülməkdədir. Dünya telekanallarına dörd dildə verdiyi müsahibələr Azərbaycanın müasir simasını dünyaya çatdırdı. Dünya başa düşdü ki, müasir, inkişaf etmiş və ədalətli Azərbaycan ona işğalçı, riyakar Ermənistandan daha yaxındır. Bunların hamısı cənab İlham Əliyevin siyasətinin qələbəsidir. Bu, Ulu Öndər Heydər Əliyevə verilmiş sözün həyata keçirilməsidir. Ata vəsiyyətinin ləyaqətlə icrasıdır. Bəli, cənab İlham Əliyev Ulu Öndərin mənəvi hüzurunda Müzəffər Ali Baş Komandan kimi məğrur və qürurla dayana bildi. Çünki o, iyirmi il ərzində həyata keçirdiyi Prezidentlik fəaliyyəti ilə buna layiqdir. Вернуться назад |