Главная > Cəmiyyət > Xankəndi sakinləri ilə bağlı vacib xəbər - nazir AÇIQLADI

Xankəndi sakinləri ilə bağlı vacib xəbər - nazir AÇIQLADI


12-10-2023, 13:45. Разместил: admin
Xankəndi sakinləri ilə bağlı vacib xəbər - nazir AÇIQLADI


"Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların mühüm uğurlarından biri DOST konsepsiyasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını, nəticə etibarilə dövlət sosial xidmətlərinin vətəndaş rahatlığı və məmnunluğuna uyğun göstərilməsini təmin edir. Ölkə Prezidentinin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb". 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, artıq 1,8 milyon vətəndaşa DOST xidməti göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu  98,2 faizdir.

S.Babayev xatırladıb ki, işğaldan azad edilmiş bölgələrimizdə də DOST xidmətləri qurulur və başlanğıc kimi  2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi açıldı: "Bu il avqustun 7-də isə Prezident cənab İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzi açıldı ki, bu mərkəz ölkəmizin Qarabağ iqtisadi rayonu üzrə 9 şəhər və rayonun (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) sakinlərinə xidmət edir".


Вернуться назад