Главная > Cəmiyyət > Fulya Öztürkün Xəzər TV-də çalışacağı xəbərləri ilə bağlı AÇIQLAMA

Fulya Öztürkün Xəzər TV-də çalışacağı xəbərləri ilə bağlı AÇIQLAMA


25-08-2023, 11:36. Разместил: admin
Fulya Öztürkün Xəzər TV-də çalışacağı xəbərləri ilə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi Türkiyəli tanınmış jurnalist Fulya Öztürk həftəsonu Bakıya gələrək Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən jurnalist eyni zamanda Lalə Azərtaşla da birgə şəklini paylaşıb.

 
Bir sıra yerli saytlar isə onun Xəzər TV-də çalışacağı ilə bağlı iddialar irəli sürüb.
Azərbaycanlı jurnalist  İsgəndər Qənbərov isə görüşün bununla əlaqəsi olmadığını yazıb:

“Türkiyə Xəbər Kameramanları Dərnəyinin (THKD) ZOOM mükafatlandırılma mərasimi bu il Azərbaycanda təşkil olunması nəzərdə tutulub. Bununla bağlı THKD-nin sədri Aytekin Polatel Azərbaycana iki dəfə işgüzar səfər edib. Bir çox telekanal və ictimai birlik rəhbərləri ilə görüşlər keçirilib. Avqustun 19-da Fulya Öztürkün köməyi ilə Türkiyədən bir neçə nümayəndə Azərbaycana məhz ZOOM mükafatlandırılma mərasiminin təşkil olunması üçün səfər edib və prezidentin köməkçisi Hikmət Haciyevlə görüşlər keçiriblər. Mən də TKHD-nin Azərbaycan təmsilçisi olaraq bu işlərdə koordinator rolunu oynayıram. 

Xəzər TV rəhbərliyi bu işdə bizə dəstək olanlardandır. Məhz bu fotolar və videolar da Xəzər TV-dəki görüş zamanı çəkilib", - deyə o əlavə edib.


Вернуться назад