Главная > Cəmiyyət > Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir — AÇIQLAMA
Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir — AÇIQLAMA9-09-2020, 13:49. Разместил: admin |
8 aydır ki, bütün dünyada eləcə də Azərbaycanda qapalı məkanlarda koronavirus pandemiyasına görə maska taxmaq, sosial məsafəni qoruyub, dezinfeksiya məhlularından istifadə vacib hesab olunur.Hazırda Azərbaycanda gündəlik koronavirusa yoluxanların və sağalanların artma-azalma dinamikası ilə davam edir. Azərbaycanda maska və dezinfeksiya məhlullarının istifadəsindən nə vaxt imtina edə bilər? Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, qarşıda hələ payız gəlir: "Bilirsiniz ki, payızda digər viruslar da aktivləşir. Ona görə də düşünürəm ki, karantin davranışları payız aylarında da lazım olacaq. Payızın sonunda bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq. Təbii ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir. Yəqin ki, maskadan və dezinfeksiya məhlularından tam azad olmaq ilin sonunda mümkün oacaq". Вернуться назад |