Главная > Cəmiyyət > Bəzi saytlar Canəhməd Əhmədov haqqında böhtan xarakterli yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar - Amma alınmayacaq
Bəzi saytlar Canəhməd Əhmədov haqqında böhtan xarakterli yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar - Amma alınmayacaq27-07-2023, 13:30. Разместил: admin |
ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz. Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir. Canəhməd Əhmədovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Son günlər bəzi internet saytlarında Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədovun milyonluq KARVAN HOTELİ" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq. Вернуться назад |