Главная > Cəmiyyət > Azərbaycanın bu iki rayonu ləğv edilir
Azərbaycanın bu iki rayonu ləğv edilir8-09-2020, 09:27. Разместил: admin |
Gəncənin Nizami və Kəpəz rayonları ləğv edilərək idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi təklif olunur. Gəncə şəhər ərazisinin rayonlara bölünməsi 1980-ci il noyabrın 21-də həyata keçirilib. Hələ o zamanlar şəhər Kirovabad adlandığından, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə rayonlardan biri Kəpəz, digəri isə şəhərin tarixi adını yaşatmaq üçün Gəncə rayonu adlandırılıb. 1989-cu ildə şəhərin tarixi adı bütövlükdə özünə qaytarıldıqdan sonra Gəncə rayonunun adı 1991-ci ildə Nizami rayonuna dəyişdirilib. İndi Nizami və Kəpəz rayonlarının ləğv edilərək Gəncə şəhərinin tərkibinə qatılması təklifi sakinlərin də ürəyincədir. APA TV Вернуться назад |